CəmiyyətÖlkə

“4 makaron, 1 tuşonka…” – Asif Əsgərovdan iki qazi anasına təhqir..

Paytaxtın Nəsimi rayon icra başçısı Asif Əsgərov iki oğlu cəbhədə olan anaya bayram payı göndərib.
Analoq.az Reportyor.info-ya istinadən xəbər verir ki, İH rəhbəri cəmi 18 manatlıq bazarlıq hədiyyə edib. Bu da böyük “sevinc”lə qarşılanıb. A.Əsgərovun iki oğlu qazi ola anaya göndərdiyi məmulatların siyahısı yayılıb.
Sovqatda 2 kq kartof – 1 manat 20 qəpik, 2 kq soğan – 80 qəpik, 300 qram qənd – 1 manat, 1 kq pesok – 1 manat 50 qəpik edir.
Daha sonra 4 ədəd makaron – hərəsi 50 qəpik, 1 ədəd tuşonka – 2 manat, 1 ədəd yağ – 2 manat, 1 ədəd kolbasa – 3 manat 50 qəpik, 2 ədəd çəki sosiska – 4 manat…

Bu məhsulların qiymətlərini üst-üstə gələndə heç 20 manat etmir. A.Əsgərov isə Vətən üçün döyüşən igidlərin anasına guya qayğı göstərib. Bu cür yardımlar nəinki qazi ailələrinə təhqirdir, həm də dövlətin rəhbərinin siyasətini ayaqlar altına alıb aşağılamaqdır.
Bu cür hallara məmurlar yol verməməlidirlər. Belə dilənçi payı göndərməkdənsə, heç etməsinlər, tənqid də olunmasınlar.
Çünki A.Əsgərov kimi məmurların bu cür davranışları cəmiyyəti qəzəbləndirir, xalqın lənətinə səbəb olur, əhalini yenidən hakimiyyətdən narazı salır.
Bu, zəfərə kölgə salmaq, iqtidarla xalq arasında gərginlik yaratmaqdır. Kim Nəsimi icra başçısından 18 manatlıq kömək istəyib ki?! Etməsin, daha yaxşıdır.
Üstəlik, A.Əsgərov elə bir fiqurdur ki, barəsində olmazın ittihamlar, ayağında milyonluq yeyintilər, ən əsası avtoqəzada adam ölümünə səbəb olan oğlunun həbsdən yayındırmaq faktı var.
Öz oğlunu xəstəlik adı ilə həbsdən çıxarıb ev dustaqlığına, oradan isə xaricə qaçıran icra başçısı iki balası Qarabağda olan anaya 18 manatlıq “pay” göndərir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button