Son dəqiqə

Müzəffər Sərkərdə qətiyyəti: 44 günə qaytarılan 200 il!

Rövşən NURƏDDİNOĞLU

Qalibik, birmənalı şəkildə! Zəfər yaşayırıq, heç bir müzakirə olunmadan! Qürurluyuq hədsiz olaraq! Bu xoş və bənzərsiz hissləri yaşamaq, onu təbliğ etmək nə qədər fərəhdoğurucu və nə qədər tükənməzdir… Qarabağımızın işğaldan azad olunmasının canlı şahidləri kimi, bu şahidliyi gələcək nəsillərimizə ötürən çağdaş və bütöv Azərbaycanımızın vətəndaşları olaraq.

Ancaq ən mühümü budur ki, bizlər 44 günük Vətən müharibəsində dövlət, xalq və ordu birliyinin sarsılmaz və tarixlərə yazılacaq vahidliyini, tərənnümünü gördük. Hər kəs cəbhədə, od-alov içində aslanlartək döyüşub-şücaətlər göstərən, Qarabağımızın daşına-torpağına qəhrəmanlıq salnamələrini həkk edən zabitlərimizin, əsgərlərimizin yandında idi, qəlbi ilə, qisas coşqusu ilə.

Vətən müharibəsi və Azərbaycan bayrağı altında!

Lakin bütün bu tarixi yaradan, yazan Ali Şəxsiyyət, Müzəffər Ali Bş Komandan, döyüşləri bilavasitə idarə edən Strateq və Sərkərdə İlham Heydər oğlu Əliyev oldu! Məhz Onun qətiyyəti, iradəsi və diplomatik sahədə yaratdığı xarüqələr döyüş ruhunu cəbhəyə, Qarabağımızın azadlığına transfer etdi – bir “İRƏLİ!” əmri ilə. Bu əmri 30 ildir gözləyən, damarlarında qeyrət qanı qaynayan, hətta 200 illik ağrı-acısına tab gətirməyərək səbirsizlik edən hər bir azərbaycanlı canla-başla qəbul etdi – VƏTƏN MÜHARİBƏSİ və AZƏRAYCAN bayrağı altında!

200 il idi ki, qələbə həzzi, qalibiyyət ehtirası öncəki nəsillərimizlə bərabər bizləri də rahat buraxmırdı və bu 200 ilin 30-u da məhz Qarabağ yaramız idi, illər boyu qaysaq bağlamayan, qanı axan Vətən yaramız.

Dəmir yumruq havaya qalxdı və…

Bu 30 ildə itirdiyimiz torpaqlarla yanaşı, vəhşicəsinə qətlə yetirilən körpələrimizin, ana-bacılarımızın, dədə-babalarımızın ah-nalələri Ordumuzda vahid bir nərəyə, qisas hayqırtısına çevrildi.

DƏMİR YUMRUQ havaya qalxdı və şərəfsiz, alçaq, binamus düşmənin başına doğru zərblə, misli görünməmiş, tarixlərdə yazılmamış halda endirildi! Düz 44 gündə 200 ilin qalibiyyət həsrəti geri qayrarıldı və onu bizə ərməğan edən də Müzəffər Liderimiz İlham Əliyev oldu. “Vur komandir, vur!” əsgər kəlməsi “Vurun komandirlər, vurun!” Ali Baş Komandan əmrinə çevrildi və Allaha şükürlər olsun ki, 1918-ci ilin mart soyqırımından başlayaraq 1989-90-cı illərdə Bakıda törədilmiş erməni terrorundan Qazaxdakı Bağanıs-Ayrım qırğınınadək, Xocalı soyqırımından başlayaraq Gəncə, Bərdə qətliamlarına qədər bütün qisaslarımız alındı!

Milli-dövlətçilik tarixinin qəhrəmanı!

Və düşmən bildi ki, verilən vədlərini yerinə yetirən Azərbaycan Sərkərdəsi və o Sərkərdənin Ordusu var. Necə ki, xalqının Lideri İlham Əliyev Ağdamda dedi: “Mən buraya öz Ordumla gəlmişəm!”

Bundan sonra isə Müzəffər, Qalib Sərkərdəsinin əmrlərinə hər an hazır olan Azərbaycan xalqı Onu yalnız və yalnız milli-dövlətçilik tarixinin qəhrəmanı olaraq görür və görəcək!

Öz doğum gününü qələbə ilə eyni ildə yaşamaq xoşbəxtliyini isə Liderimizlə, Müzəffər Ali Baş Komandanımızla birlikdə biz də yaşamaqdayıq, biz də bu sevincli günlərimizi paylaşmaqda, fəxrlə bəyan etməkdəyik – Yaşa, cənab Prezident! Yaşa, qüdrətli Azərbaycan! Yaşa, şərəfli xalq!/sia.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button