ÖlkəSağlamlıq

Mutant virus yayılır- Qarşıdakı 30 gün ərzində maksimum qapanın…

Mövcud pandemiyanın günahkarı koronavirus yeni təkamül üstünlükləri və daha yaxşı yaşamaq qabiliyyəti qazandığı zaman hər kəs üçün dəhşətli nəticələrə səbəb olacaq. Bu, mutant koronavirusun aşkarlandığı İngiltərədə də ola bilərdi.
Həkim-immunoloq Vladislav Jemçuqov virusun şaxtalı havada yaşamağa öyrəşdiyini bildirib.
“İndi virus aşağı temperaturda yaxşı inkişaf edə bilmir, bəs zamanla mənfi dörd dərəcədə yaşamağı öyrənsə, necə olacaq? Hər kəs üçün dəhşətli olacaq. Virus üçün öldürücü olmaq sərfəli deyil, o zaman yaşamaq imkanlarını itirəcək. Əgər dünya əhalisinin 60-70%-i immunitetə sahib olarsa, onda virus heyvanlarda qalacaq və immuniteti olmayan insanların növbəti nəslini gözləməli olacaq”, – immunoloq verdiyi müsahibədə deyib.
Alimin fikrincə, virus çox tez mutasiya edir. Gedən bütün bu dəyişikliklər isə virusun daha sürətlə yayılmasını təmin edir.
Həkim bildirib ki, koronavirus gələcəkdə ensefalit kimi təbii fokal və ya qrip kimi mövsümi xəstəliyə çevrilə bilər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button