Qarabağ

Peqov indi də Şuşada minaya düşən rus zabitinin adıyla PUL YIĞIR…

“WarGonzo” layihəsinin müəllifi Semyon Peqov Şuşada minaya düşərək ölən Rusiya sülhməramlılarının zabiti Vitaliy Morozovun adına aksiya təşkil edərək pul toplayır.
Analoq.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə layihəyə məxsus “Telegram” kanalında məlumat paylaşılıb.
“Bir çox insan Qarabağda ölən mina təmizləyən Vitaliy Morozovun ailəsinə necə kömək edəcəyini soruşur. Arvadı və kiçik oğlu qalıb. Budur Vitaliyin arvadının bank hesab nömrəsi. Gəlin Ketrinə öz çətinlikləri ilə tək olmadığını göstərək. Qohumlarından və həmkarlarından başqa onun dərdinə şərik olmaq istəyən çox sayda qayğıkeş insanlar var”, – paylaşımda deyilir.
Kanalın izləyiciləri bank hesabının Ketrinə məxsus olduğuna əmin olmadıqlarını yazıblar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button