Ölkə

Hikmət Hacıyev: “Gəncədəki son terror aktından sonra ermənilərin böyük sayda şəxsi heyəti və hərbi texnikası sıradan çıxarıldı”

“Biz baş verənlərlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmağa çalışırıq. Amma Azərbaycan Respublikası ilk növbədə öz gücünə güvənən bir dövlətdir. Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Ermənistan ordusuna layiqli cavab verir. Gəncədə törədilmiş son terror aktından sonra Azərbaycan Silahlı Qüvvələri çox peşəkarlıqla və dəqiqliklə Ermənistan ordusunun böyük sayda şəxsi heyətini və hərbi texnikasını sıradan çıxardı. Biz öz sözümüzü döyüş meydanında deyirik. Bu da cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla Ermənistan arasında olan əsas fərqi göstərir. Azərbaycan kimliyindən asılı olmayaraq, mülki insanlarla savaş aparmır”.apa.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button