Qarabağ

Şəhid Əfsun Hüseynovu tanıyaq

Hüseynov Əfsun Mətləb oğlu Sabirabad rayonunun Yaxa-Beşdəli kəndində 29.06.1996-cı il tarixində anadan olmuşdur. 2006-cı ildə Yaxa-Beşdəli kəndinin tam orta məktəbinin I sinfinə getmişdir. 2017-ci ildə həmin məktəbin məzunu olmuşdur.

2017-ci ilin iyul ayında Sabirabad rayonunun hərbi komissarlığından həqiqi hərbi xidmətə yola düşüb. Hərbi xidmətini “N” saylı hərbi hissədə layiqincə yerinə yetirib. Əfsun hərbi xidmətdə olarkən atası Hüseynov Mətləb Zöhrab oğlu 2017-ci il avqustun 19-da dünyasını dəyişib. 2019-cu ilin yanvar ayında hərbi xidmətini başa vuraraq evinə dönüb.

2020-ci ilin oktyabr ayının 3-də Vətən Müharibəsinə Sabirabad rayonunun komissarlığından könüllü olaraq yola düşüb. Döyüş yolu Füzulidən, Cəbrayıldan, Qubadlıdan keçib. Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Əfsun PEKA adlı silahla düşmənə zərbələr endirib.

Hüseynov Əfsun Mətləb oğlu Sabirabad rayonunun Qarağac kəndindəki Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əsgər Hüseynov Əfsun Mətləb oğlu ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif edilib.

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 3]

Back to top button