ÖlkəRegion

Millət vəkili əsirlikdən azad edilən Amin Musayevi ziyarət etdi-VİDEO

Milli Cəbhə Partiyasının sədri , millət vəkili Razi Nurullayev əsirlikdən azad edilən əsgər Amin Musayevi ziyarət edib.Bu barədə sosial şəbəkədə millət vəkilinin özü məlumat paylaşıb.

Razi Nurullayev Amin Musayev əsir götürlən ərəfədə bildirmişdi ki,əsgərimiz əsirlikdən qayıtsın gedib onu bağrıma basacam.Verdiyi sözə əməl edən Razi Nurullayevin sosial şəbəkədə paylaşdığı statusu olduğu kimi təqdim edirik:

Bu əsirlikdən azad edilən Amin Musayevdir. Yadınızdadırsa, söz vermişdim ki, gəlsin, onu bağrıma basacam. Bu gün xəstəxanadan buraxılıb. Qohumugildədir. Gedib onu bağrıma basdım. İki saat zaman keçirdim, çox söhbətlər etdim. Hələ ayaqüstə dayana bilmir, amma tam bərpa olunacaq, İnşallah.

Dayısı da Ağstafadan gəlir ki, onu sabah anasının yanına aparsın. Zəng gəldi ki, Ələt postunda saxlayıblar. Zəng etdim Operativ Qərargaha. Sağ olsunlar ki, elə operativ də həll etdilər. Dayısı da indi sevinə-sevinə Amini bağrına basmağa gəlir. Daha gözləyə bilmədim, anma dedim ki, gəlib orada da ziyarət edəcəm.


Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button