ÖlkəSiyasət

“Yeri gələndə “biz erməniləri düşünürük” deməliyik”-ABUTALIB SƏMƏDOV

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev , Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azəbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Space” televiziyasının efirində yayımlanan “Qırmızı xətt” verilişinin qonağı olub.

Abutalıb Səmədov qeyd edib ki, ermənilərə nifrət etməyə bizim haqqımız var. Biz nifrətimizimi göstərək, problemmi həll edək?!.. Problemi həll etmək istəyiriksə, alicənablıq etməliyik. Bütün o şərəfsizlikləri kənara qoymalıyıq.

Yeri gələndə “biz erməniləri düşünürük” deməliyik. Çünki dünya bunu eşitmək istəyir. Və yol axtarmalıyıq. Nə cür edək ki, bunların bu dünyanı üstümüzə qaldırmaq cəhdlərinin müəyyən qədər qabağını alaq. Bu heç kimə sirr deyil ki, bunlar bunu bacarırlar. Ona görə, biz yeri gələndə siyasət işlətməliyik. Bir-birimizi düşmən kimi görməməliyik.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button