Siyasət

Türkiyə və Ukrayna prezidentləri görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Türkiyəyə səfər edib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə İstanbulda Huber köşkündə görüşüb.

Hazırda davam edən görüş çərçivəsində Türkiyə-Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi, azad iqtisadi ticarət müqaviləsi, regionda sülh və sabitliyin qorunması, Krım türklərinin həyat şəraitinin yaxşılaşdırılmasına aid layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparılacaq. Dövlət başçıları Rusiya və Ukrayna arasında yaranan gərginliklə əlaqədar da müzakirələr aparacaqlar.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Səfər çərçivəsində Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da baş tutacaq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button