Dünya

İsraildən Qətərə ilk birbaşa uçuş həyata keçirilib

İsrailin Təl-Əviv şəhərindəki Ben Qurion Beynəlxalq Hava Limanından Qətərin paytaxtı Dohaya ilk birbaşa uçuş həyata keçirilib.

Analoq.az xəbər verir ki, FİFA 2022 Dünya Kubokunda iştirak etmək üçün israilliləri daşıyan TUS Hava Yollarının ilk planlı reysi Təl-Əvivin Ben Qurion hava limanından qalxaraq Doha hava limanına yola düşüb.

Dünya Kubokunun təşkili zamanı Təl-Əviv və Doha arasında 6 gediş-gəliş planlaşdırılıb. Uçuşlar İran əvəzinə Səudiyyə Ərəbistanının hava məkanı üzərindən olacaq. İsrailin Baş naziri Yair Lapid noyabrın 10-da İsrail vətəndaşlarının Dünya Kubokunda iştirak etmək üçün ilk dəfə birbaşa Qətərə uça biləcəklərini və Dohada müvəqqəti diplomatik ofis açdıqlarını açıqlayıb.

Turnirlə əlaqədar Qətərə gedən İsrail vətəndaşlarına konsulluq xidməti göstərmək üçün diplomatik ofisin fiziki olaraq bu ölkədə yerləşəcəyi bildirilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button