Cəmiyyət

Dilqəm Əsgərov:”Qarabağdakı sadə ermənilər sevinirdi”

“Biz sonuncu dəfə Kəlbəcərə dostum, əslən Cəbraryıldan olan Həsən Həsənovla getdik, mühasirəyə düşdük. İki gün ermənilərlə döyüşdük. Həsən Həsənov şəhid oldu. Orada bir neçə erməni də həlak olmuşdu. Onları da özləri öldürmüşdülər.Analoq.az Publika.az-a istinadla xəbər verir ki, bunu 6 il düşmən girovluğunda olan Dilqəm Əsgərov deyib.

Dilqəm Əsgərov bildirib ki, Azərbaycan əsgəri, Ali Baş Komandanımız həm torpaqlarımızı, həm bizi, həm də xaricdəki diasporun əsarətində olan Qarabağ ermənilərini azad elədi:

“Bizim Prezident Qarabağdakı sadə ermənilər bizim vətəndaşımızdır deyəndə onlar sevinirdi. Hətta həbsxanada olan erməni kapitan, mayor da gətirib qırmızı sovet pasportunu mənə göstərirdi ki, mən də Azərbaycan vətəndaşıyam. Həmin pasportu saxlayırdılar”.

D.Əsgərov bildirib ki, tezliklə işğaldan azad olunan doğulduğu Kəlbəcəri də ziyarətə gedəcək: “Müharibəni qazanan birinci diplomatiyadır. Ona görə də xalqımız cənab Prezidentə minnətdar olmalıdır. Dediyi kimi də elədi, torpaqlarımıza bizi qaytardı. Qar götürülən kimi ilk işim Kəlbəcərə gedəcəyəm”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button