Siyasət

Kvemo Kartli Qubernatoruna gürcü müavin təyinatında niyə azərbaycanlı məmurlar günahlandırılır?

Gürcü Arzusunda azərbaycanlıları təmsil edənlər hərzamankı kimi, yalnız özlərini düşünürlər və yeni azərbaycanlı simaların üzə çıxmalarını istəmirlər”.Busözləri “Vahid Milli Hərəkat” partiyasının Marneuli qərargahının rəhbəri Aqil Mustafayev, Kvemo Kartli Qubernatoruna yeni müavinin təyin olunması barədə danışarkən deyib.
Onun sözlərinə görə, “Gürcü Arzusu” partiyasında azərbaycanlıları təmsil edən bir neçə məmur hər zamankı kimi, yalnız özlərini düşünür və digər kadırların önə çıxmasına imkan vermirlər: “Artıq 2 ildir ki, Kvemo Kartli Qubernatorluğunda azərbaycanlıları təmsil edən və azərbaycanlı müavin yeri vakansiya statusu daşıyırdı. Bu ondan irəli gəlir ki, Gürcü Arzusunda azərbaycanlıları təmsil edənlər hər zamankı kimi, yalnız özlərini düşünür və yeni azərbaycanlı simaların üzə çıxmalarını istəmirlər”.
Mustafayev, həmçinin Gürcü Arzusu hakimiyyətinin daxilində olan azərbaycanlılar daxili çəkişmələri və şəxsi maraqlarına görə azərbaycanlıların yüksək vəzifələrdə təmsil olunmasını gündən-günə azaltmaqda ittiham edib: “Təəssüflər olsun ki, biz bu gün o yeri itirdik və tək Qubernator müavinliyi deyil, həmçinin Marneuli meri vəzifəsində azəryabcanlı yerini də itirdik. Lakin merlik, seçkiyədək azərbaycanlı müavini təyin etməklə asanlıqla qoruna bilərdi. Amma Gürcü Arzusu həmişə olduğu kimi seçki əvvəli müəyyən insanları seçkidə işlədərək aldadır və bu siyahı hər yeni seçkidə daha da böyüyür. Onlar müəyyən insanlara seçkilər ərəfəsində Qubernator müavinliyi vədləri də vermişdilər, amma bu gün görürük ki, bu yalnız vəd olaraq qaldı. Bu isə Gürcü Arzusu hakimiyyətinin daxilində olan azərbaycanlıların problemdir, onlar daxili çəkişmələrinə və şəxsi maraqlarına görə bizim, azərbaycanlıların yüksək vəzifələrdə təmsil olunmasını gündən-günə azaltmaqda davam edirlər”, – deyə Mustafayev bildirib.

Xatırladaq ki, bu gün Kvemo Kartli Qubernatorluğunda Zaur Darğallının yerinə yeni müavin olaraq Giorgi Şincikaşvili təyin edilib.Tezadlar.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button