Siyasət

İlham Əliyev Bağdad Amreyevin TDT-nin Baş katibi kimi fəaliyyətini yüksək qiymətləndirib

“Biz Bağdad Amreyevin Türk Dövlətləri Təşkilatının Baş katibi kimi fəaliyyətini yüksək qiymətləndiririk”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

“Türk dünyasının birliyinə verdiyi töhfə və xidmətləri nəzərə alaraq, Bağdad Amreyev Azərbaycanın yüksək dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif edilmiş və oktyabr ayının 21-də mənim tərəfimdən bu orden ona təqdim edilmişdir. Bir daha təbrik edirəm”, – dövlət başçısı bildirib.

Qeyd edək ki, bu günə qədər TDT-nin Baş katibi Bağdad Əmrayev idi. Bu gün isə həmin posta Qırğız Respublikasının nümayəndəsi Kubanıçbek Ömüraliyev təyin olunub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button