Şou

“Allah, al canımı bitsin bu əzablar” -NADİR QAFARZADƏ

Müğənni Nadir Qafarzadə gileylənib. SİA-nın məlumatına görə, ifaçı ötən gün vəfat edən bəstəkar Nailə Mirməmmədlini də yad edib: “Ey zalım dünya, sənə niftət edirəm. Bəlkə də sənə nifrət etdiyim qədər heç düşmənimə nifrət etmirəm. Kimləri əlimizdən almadın? Nə qədər qəddar olduğunu hər an, hər dəqiqə sübut edirsən. Bizi daha öldür, axırımıza çıx…

Bizi bir-bir yox, kütləvi şəkildə apar. İl başlayandan, ancaq itkilər. Əvvəl virus qurbanları, sonra şəhidlər. Son günlərdə eşitdiyim ən üzücü xəbər. Nailə xanımın bu xəbərinə heç inanmadım. İnanın ki, axır vaxtlar ürəyimdən ölmək keçir. Hər səhər yuxudan ayılanda, “Allah, al canımı bitsin bu əzablar” deyirəm. Onsuz da ölü kimi bir şeyik. Belə həyat olar? Bacım, Allah sənə rəhmət eləsin!”

Analoq.a,

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button