Cəmiyyət

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara təşəkkür etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

Analoq.az müraciətin mətnini təqdim edir:

“Əziz vətəndaşlar!

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində sizlərə yaşayış yerini və olduğu yeri tərk etmək qadağan edilib. Sizin sağlamlığınız naminə atılan bu addımları anlayışla qarşıladığınıza görə, xüsusi karantin rejiminin tələblərinə riayət etdiyinizə görə sizə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından təşəkkürümüzü bildiririk!

Siz səbr və təmkinlə iki gün evdə qalmaqla həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş oldunuz. İnanırıq ki, gələcəkdə də belə qərar verilərsə, siz yenə də eyni səbr və təmkin nümayiş etdirərəcəksiniz.

Bir daha təşəkkür edirik!”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button