BannerDünya

SEPAH polkovniki evinin önündə öldürüldü – İrana verilən təhlükəsizlik mesajı

Tehranın Mücahidini-İslam küçəsindəki evinin qarşısında SEPAH-ın Qüds Qüvvələrinin polkovniki Həsən Səyyad Xudayari öldürülüb.
Analoq.az xəbər verir ki, məlumatı bu hərbi birliyin özü yayıb.

Məlumata görə, polkovnikin maşınına yaxınlaşan 2 motosikletçi ona 5 güllə atıb. Polkovnik sükan arxasındaca keçinib.


İranın xaricdəki hərbi əməliyyatlarına rəhbərlik edən qurumu yüksək rütbəli zabitinin evinin qapısının önündə öldürülməsi simvolik anlam daşıyır. Sanki bu sui-qəsdi törədənlər İran rəhbərliyinə “siz hətta öz evinizdə də güvəndə deyilsiniz” mesajını vermək istəyiblər.

Rusiyanın Suriyadan çəkilməsindən sonra bu ölkəyə nəzarət Qüds Qüvvələrinə keçə bilər. Tehranda bugünkü sui-qəsdin məhz belə bir zamanda baş tutması olduqca manidardır/Ovqat.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button