CəmiyyətÖlkə

“Deputatlar daha çox öz maaşlarının, ezamiyyə ödənişlərinin və məzuniyyət pulunun artırılmasının davasını edirlər” – SOSİOLOQ

Milli Məclisin bəzi deputatların ilginc açıqlamaları ilə cəmiyyətin qəzəbinə səbəb olur.

Belə ki, ölkədə maddi böhran halları artıqca, əhalinin sosial problemləri pik həddə çatdıqca deputatların hökumətə yönəlik qəzəbləri azatlmaq üçün etdiyi cəhdlər hiddətə səbəb olur. Onlar sanki yarışa girmişcəsinə cəmiyyətin əsəbinə toxunan açıqlamalar verərək, gündəmi məşğul edirlər.

«TvPress» internet qəzetinin baş redaktoru, sosioloq-jurnalist Elçin Bayramlı açıqlamasında bildirib ki, deputatlar daha çox öz maaşlarının, ezamiyyə ödənişlərinin və məzuniyyət pulunun artırılmasının davasını edirlər.

“Deputatların belə çıxışlarına artıq hamı adət edib, ona görə də heç kim təəccüblənmir. Çünki onların bu açıqlamaları heç nəyi dəyişmir, sadəcə, əhalidə qıcıq yaradır. Bunların xalqdan xəbəri yoxdur, bir neçə nəfəri çıxmaq şərtilə. Daha çox öz davalarını döyürlər- maaşlarımız artırılsın, ezamiyyə ödənişlərimiz artırılsın, məzuniyyət pulumuz artırılsın və s. 20-30 faizi ümumiyyətlə iclaslarla da olmur.

Bəzi faydalı təkliflərə gəldikdə, bunlar həmişə elə təklif olaraq qalır, çünki bir iki nəfər bu məsələni qaldırır, digərləri dəstəkləmir və boş söz yığını olaraq qalır. Qısası deputatlar heç nəyi həll eləmir. Hər şeyi hökumət həll edir. Deputatların 90 faizi təklif olunan qanun layihəsinə oxumadan, araşdırmadan səs verirlər”,-deyə E.Bayramlı bildirib.

Sosioloq təklif edirib ki, parlament buraxılsın, yenidən seçkilər keçirilsin: “Parlamentdə deputat sayı rayonların sayını nəzərə alaraq (iri şəhərlərdə 1-dən çox olmaqla) hər rayondan 1 nəfər olmaqla 70 nəfərə endirilsin. Bu 70 nəfər sırf peşəkar, yüksək intellektli, başqa işi olmayan, daimi parlamentdə oturan və xalqla görüşlərdə olan adamlardan seçilsin. Maaşların artırılmasında bəzi ölkələrdə tətbiq olunan qayda tətbiq edilsin- maaş artımı yalnız sonrakı çağırış deputatlar seçildikdə qüvvəyə minsin. Hər deputat məcburi olaraq ayda 1 dəfə mətbuat və seçiciləri qarşısında brifinq edərək hesabat versin. Bundan sonra parlamentdən nəsə gözləmək olar. İndiki halda şəxsən mən heç nə gözləmirəm”.

Ramid İbrahimov

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button