Cəmiyyət

Gediş haqları artırılırmı?- Rəsmi AÇIQLAMA

Bakıda sərnişin avtobuslarında gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə mövzusu deyil.Analoq.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib.

Qurum rəsmisi qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.

“Bu məsələ hazırda gündəmdə də deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib”, – deyə Mais Ağayev bildirib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button