Ölkə

Hafiz Hacıyev benzinin qiymətinin qalxmasına etiraz etdi-“Bu 5 -ci kolonun düşünülmüş şəkildə atılmış bir addımdır”

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Tarif şurasının Aİ-92 markalı benzin avtomobil benzinin qiymətinin artırılması ilə bağlı qərara öz etirazını bildirib.

Partiya sədri sosial şəbəkə vasitəsi ilə bildirib ki, Tarif Şurasının bu qərarı Azərbaycan xalqına təhqirdir.

Harınlamış məmur təbəqəsinin əhalinin yaşayış tərzindən xəbəri yoxdur.Ölkə əhalisi ilə dövlət başçısı arasında gələcəkdə yarana biləcək narazılığın bünövrəsini qoyurlar.Bu 5 -ci kolonun düşünülmüş şəkildə atılmış bir addımdır. Mən qətiyyətlə bu qərarı pisləyirəm.

10 aydır ölkədə pandemiya hökm sürür.İqtisadi cəhətdən əhalinin maddi durumunun nəzərə alınmaması bu xalqa qarşı olan xəyanətdir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button