Cəmiyyət

Karantin qaydalarını pozan sürücü həbs edildi – RƏSMİ

Onlarla sürücünün əks yola çıxaraq qayda pozması görüntülənib.

Hadisə Binəqədi şossesində üzü M. Ə. Rəsulzadə qəsəbəsi istiqamətində, yolda tıxac olan zaman qeydə alınıb.

Belə ki, təxminən 30 dəqiqə ərzində 90 sürücü idarə etdikləri avtomobillərlə 1.3 nişanlanma xəttinin tələbini pozaraq əks hərəkət zolağına çıxmaqla tıxacdan yayınmağa çalışıblar.

Qeyd edək ki, nəqliyyat vasitəsini 1.3 nişanlanma xəttinin tələbini pozaraq tam əks yola çıxarmaqla idarə etməyin cəriməsi müvafiq qanunla 100 manat məbləğində cərimə və 4 cərimə balı deməkdir.

90 sürücünün qayda pozuntusu isə 9000 manat məbləğində cərimə edir ki, bu da 360 cərimə balı edir.

Sürücülərin qayda pozuntuları hərəkət iştirakçılarından bir tərəfindən video qeydə alınıb.ypx.az

Həmin görüntüləri sizlərə təqdim edirik:

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button