Ölkə

DİN-dən icra başçısı ilə bağlı açıqlama –

Xəbər verdiyimiz kimi tanınmış videoblogger Ata Abdullayev Şəmkir rayon icra başçısı
Alimpaşa Məmmədovun karantin qaydalarının tələblərinə uyğun olaraq tibbi maskadan istifadə etmədiyinə görə “İnstagram” hesabında video paylaşıb.

Videoblogger icra başçısından tibbi maskadan istifadə etmədiyinə görə 102 qaynar xəttinə şikayət ünvanlayıb.

Azərbaycan Respublikası, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Analoq.az-a açıqlamasında bildirib ki, videoblogger, jurnalist Ata Abdullayevin şikayəti əsasında hal-hazırda Şəmkir rayon polis şöbəsində araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button