Ermənistan

Ermənistan dövləti əsgərin cibinə baxır ANALİTİK+FOTOFAKT

Aşot Avaqayan: “Müharibəyə getdiyim zaman verilən bel çantası, yorğan, dəsmal və s. pulunu istədilər… Bunlara görə 15 334 dram ödədim”

İkinci Qarabağ müharibəsində iştirak etmiş erməni əsgərləri bu dəfə Ermənistanın Müdafiə Nazirliyinin hökumətin tapşırığı əsasında onlardan pul tutulması barədə etirazlar edirlər. Xatırlatmaq yerinə düşərdi ki, hələ müharibə yeni başlayarkən baş nazir Nikol Paşinyan öz çıxışlarının birində kimin evində hərbi forma varsa, məhz həmin formaları götürərək hərbi komissarlıqlara getmələri barədə fikir səsləndirmişdi. Məhz bundan sonra məlum olmuşdu ki, erməni ordusunun nəinki silah-sursat təchizatı aşağı səviyyədə olub, həmçinin əsgərlərin qida, geyim, səhra vəziyyətindəki təchizatları da yetərli qədər olmayıb.

“Mən ödəyə bildim, ancaq çox əsgərin heç bunu ödəməyə imkanı yoxdur”

Artıq erməni sosial şəbəkə seqmentləri və KİV-ləri erməni əsgərlərinin narazılıqlarını işıqlandırır və onlardan biri də Aşot Avaqyanın fikirləridir. SİA-ya daxil olan məlumata görə, Aşot Avaqyan bildirir ki, müharibədə iştirak etmək üçün çağırış alıb və hərbi komissarlığa gedib, orada müharibədə iştirak edib. Lakin onun evə dönməsi ilə problemlər başlayıb. Məlum olub ki, ondan və digər erməni əsgərlərindən pul tələb olunur və həmin pullar dövlətin hərbi yöndə xərclədiyi vəsaitləri geri qaytarması ilə bağlıdır.

“Atəşkəsdən 1 həftə sonra isə evə döndüm. Bu zaman, hərbi komissarlıqdan hərbi biletimi götürməyə gedəndə, bizdən müharibəyə getdiyim zaman verilən bel çantası, yorğan, dəsmal və .s pulunu istədilər”, deyən erməni əsgəri Avaqyan bildirib ki, sən demə əsgərlərə verdikləri ləvazimatları, əslində, əsgərə satırmışlar. “Bunlara görə 15 334 dram ödədim. Mən ödəyə bildim, ancaq çox əsgərin heç bunu ödəməyə imkanı yoxdur”, deyə o, etirazını bildirib. Belə faktlar isə artıq yüzlərlədir.

Bütün bunlar Ermənistan ordusunun istər müharibədən əvvəl, istərsə də müharibədən sonrakı acınacaqlı vəziyyətini açıq-aşkar ortaya qoymaqdadır

Xatırladaq ki, hətta müharibə dövründə hərbi texnikalara işlənən yanacaq və s. vasitələr haqqında da zabitlərdən hesabatlar tələb olunur və sonradan onlardan vəsaitlər alınır. Bütün bunlar isə Ermənistan ordusunun istər müharibədən əvvəl, istərsə də müharibədən sonrakı acınacaqlı vəziyyətini açıq-aşkar ortaya qoymaqdadır. Hətta belə demək mümkündür ki, iqtisadiyyatı məhv olmuş bir ölkənin ordusu da demək olar ki, yox səviyyəsindədir və hətta o qədər yox səviyyəsindədir ki, dövlətə bundan sonra 30-40 il lazım gələcək ki, hansısa dirçəlişə nail ola bilsin, hələlik isə Ermənistan dövləti əsgərin cibinə baxır.sia.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button