Ölkə

Lənkaran icra hakimiyyətinin saxta diplomlu məmurları KİMLƏRDİR? – ŞOK İDDİA

Lənkəran rayon icra hakimiyyətində baş verən qanunsuzluqlarla eləcədə saxta diplomlu vəzifəlilər və bahalı avtomobil sahibləri ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.

Lənkaran icra hakimiytinin saxta diplomlu şəxslərin necə işlə təmin olunmasından tutmuş digər ağlagəlməz maxinasiyalara qədər bir çox ittihamlar yer alıb.

Belliklə: daxil olan məlumatda iddia olunur ki, hazırda Lənkəran rayon icra hakimiyyətində işləyən bir neçə işçinin diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır. İddialara görə, diplomları şübhəli olan həmin şəxslər küllü miqdarda rüşvət hesabına işlə təmin olunmağa nail olublar.

Belə ki, Ukraynada şübhəli diploma sahib olan və Beynəlxalq Universiteti bitirmiş onlarla vəzifəli şəxslərin ali təhsil səndi Təhsil Nazirliyi tərəfindən tanınmadığı deyilir. Buna baxmayaraq, həmin şəxslər isə illərdir vacib vəzifələrdə çalışıblar. Və, Lənkəran RİH başçısı Taleh Qaraşovun maddi maraqlarının təmin olunması şərtilə işlə təmin olunmağa nail olublar.

Mənbənin digər iddiasında isə, Lənkəran RİH-də “qara işləri” və işçi razılaşmalarını həyata keçirən söz sahibi, hörmətli məmurlar da var. Bu məmurlar içərisində İcra başçısının ən etibar etdiyi şəxslər – müavin Rəsilə Əliyeva və mediada başçının köməkçisi kimi tanınan Elnur Hüseynovdur.

Bu məmur şəxslər arasında maraq doğuran məqamlardan biri də odur ki, söz sahibi olmaqla yanaşı, dəbdəbəli həyata və bahalı avtomobillərə aludədirlər. Belə ki, hörmətli xanım müavini Rəsilə Əliyevanın və etibarlı köməkçi tərfdaş Elnur Hüseynovun bahalı avtomobilləri rayonda göz oxşayır. İddiaya görə, məmur xanımın şəxsi avtomobilinin dəyəri 100 min, 400 manata yaxın əmək haqqı alan Elnur Huseynovun maşınının qiyməti isə 50 min manatdan çoxdur.

QEYD: Bildirək ki, hər iki məmurun həmin avtomobillərin alınmasında müxtəlif vəzifələrə təyinat alan saxta diplomlu şəxslərin rolunun hansı dərəcədə olması haqda isə növbəti araşdırmalardan sonra.haqli.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button