RegionŞikayət

Bərdədə Vətən müharibəsi qəhrəmanlarına qarşı laqeydlik -VİDEO

Bərdədə Vətən müharibəsi qəhrəmanlarına qarşı laqeydlik hökm sürür. Reportyor.info-nun verdiyi xəbərə görə, rayonda şəhidlərin məzarlarının bir çoxunun indiyə qədər başdaşları qoyulmayıb.Hətta bəzi şəhid ailələri öz övladlarının qəbrini bu səbəbdən tapmaqda çətinlik çəkirlər. Artıq üç aya yaxın vaxt keçir və şəhidlərin qəbir daşı qoyulmayıb.Hətta şəhid Xudayarın başdaşı da hazır deyil. Sakinlər bunu Bərdənin icra başçısı Vidadi İsayevin şəhidlərə olan biganə münasibəti ilə izah edirlər. İcra başçısı şəhidlərin məzarını ziyarət etməyib, maraqlanmayıb ki, kimin qəbir daşı götürülüb, kimin yox…

V.İsayev müharibədən əvvəl də şəhid ailələrinə etinasız, qaba münasibəti ilə digər məmurlardan fərqlənirdi. İndi də Qarabağı azad edən oğulların başdaşları qoyulmur və Bərdə İH qətiyyən narahat deyil. Həmin kadrları təqdim edirik:

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button