Ölkə

General öz oğluna rütbə verib yanında işə götürdü: “Nə var ki, burda?”

Quru qoşunlarının komandanı, general-mayor Ənvər Əfəndiyevin oğlu İsaq Əfəndiyevə leytenant rütbəsi verdirərək, öz yanında, maliyyə şöbəsində işə götürdüyü deyilir.Bu barədə jurnalist Həbib Müntəzir feysbuk hesabında yazıb. O, məsələ ilə bağlı İsaq Əfəndiyevlə danışdığını bildirib: “Özündən soruşdum, dedi ki, – mənə rütbəni MN verib, özüm də ixtisasca maliyyəçiyəm. Nə var ki burda? Atamı gözü götürməyənlər var, şər atırlar bizə”.

Qeyd edək ki, Ənvər Əfəndiyev Birinci Qarabağ müharibəsi və Vətən müharibəsinin iştirakçısıdır. Müdafiə Nazirinin müavini, Quru Qoşunları komandanıdır/savash

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button