Dünya

Ermənistan üçün məhv ssenarisi: “Paşinyan Moskvada imzalayacaq”

Erməni icması Moskvaya səfər yox, Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını gözləyir.

Analoq.az xəbər verir ki, bunu Rusiya Erməniləri Birliyinin rəhbəri Ara Abrabmayn deyib.

Abramyan Ermənistan baş nazirinin ayın 11-dəki səfərində Moskvada növbəti dəfə Ermənistan əleyhinə müqavilə imzalayacağını bildirib:

“Cənab Paşinyan, Feysbuk sosial şəbəkəsində Ermənistan dövlətçiliyinə və xalqımıza zərərli bir bəyanatın “prioritet” məqamlarını dərc etdiniz, görünür, bu, Moskvada imzalayacağınız yeni bir müqavilənin əsasını təşkil edəcək.

İndi niyə və nə üçün Rusiyaya gedirsiniz? Başqa nəyi imzalayacaqsınız və daha nəyi şifahi şəkildə razılaşdıracaqsınız? Razılaşdığınız anlaşmaları niyə ən qısa müddətdə başa çatdırılmasında bu qədər maraqlısınız? Nə üçün Ermənstanı məhv edən ssenarini dayandıra bilmirsiniz?”.

Ara Abramyan Nikol Paşinyanın “Dağlıq Qarabağın statusu” ilə bağlı ona verilən suallardan yayındığını bildirib.Teleqraf.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button