Siyasət

Göy gurultusu yağışdan xəbər verər.. ehtimal dinamikası..

Artıq yeni dünya nizamına keçid etmişik. Plutokratiya ,Oliqarxiya dönəmində yaşayırıq desək yanılmarıq. Əsrlər keçdikcə maraqlar da böyüyür..
Dövlətlər yeni-yeni enerji mənbələrinə sahib olmaq, maliyyə strukturlarını genişləndirmək, super gücə çevirilmək uğrunda artıq müasir üsullarla(daha çox “diplomatik xətlə”) rəqabət aparırlar..

21-ci əsrdə dünyada əsas aparıcı güc dövlətlər: ABŞ,Çin,Rusiya,Türkiyə, İsrail,İran,Fransa, İngiltərəni qeyd etsək daha doğru olar..
Bu dövlətlərin maraqlarının kuliminasiya nöqtəsi Ortan Şərqdir. Səbəbi bəllidir ki, enerji resursları.

Odlu müharibələr silah satan şirkətlət üçün mükəmməl gəlir mənbəyi olub daima.Sülh anlayışı isı əsas məqsədi örtən örtük rolunu oynayıb və oynayır da.

Gəlin  əsas sual üzərindən fikir yürüdək..
Yeni dünya sistemində güclər balansı necə dəyişəcək?

Bu sual həm mühüm, həm də çox maraqlıdır.
Məqalənin giriş hissəsində də qeyd etdiyim kimi artıq yeni dünya nizamına keçid etmişik. Hər bir sahə keçmişindən çox fərqli formada irəliləyir.
Sistemdə belə bir format var, İqtisadiyyatı güclü olan dövlət ayaqları üzərində qalmağı bacaracaq.
Hal-hazırkı dönəmdə ABŞ öndə gedən super güc kimi bilinir. Çin dövləti də demək olar ki, ABŞ’la başabaş irəliləməkdədir. ABŞ əzəldən güclü siyasət yeritmiş dövlətdir. Tarixə nəzər salası olsaq görərik ki, birinci və ikinci dünya müharibələrindən sonra ABŞ borc verən dövlət rolunu oynayırdı. Amma bu ABŞ’ın həmişə bu rolda oynayacağı anlamını vermir. Artıq deyə bilərik ki, ABŞ ən çox borc verən və ən çox borcu olan dövlətdir. Güclü iqtisadiyyatı güclü ailələrin əlində cəmləşir. Rokfellər, Rotşildlər, Vindzorlar, Oppenqeymerlər, Morqanlar və s. kimi sirli həyata malik olan ailə yapısı sistemdə əsas rola malik olur.. Bu ailələr həm iqtisadiyyata, həm də siyasətə əsaslı təsir göstərə bilirlər.

ABŞ’ın 45-ci prezidenti Tramb Çini zəiflətmək, körfəz koalisiyası qurmaq xətti yeritdi. Amma çox başarılı ola bilmədi. Çində mövcud olduğu bilinən Covid-19 pandemiyası Çinə güclü təsir edə bilmədi. Çin imkanları geniş bir dövlətdir..
Demokratik dövlət donu geyinən ABŞ’da son prezident seçkiləri qalmaqallı keçdi. Bidenin səs çoxluğu qazanması saxtakarlıq kimi qiymətləndirildi. Tramb tərəfdarlarının inqilab etməsi artıq Amerikanı çətin günlər gözləməyindən xəbər verir deyə bilərik..
Fikrimcə, 2021,2022, 2023.. illər artdıqca artıq yavaş-yavaş ABŞ’ı xaos gözləyir. Piramidanın zirvəsində olan ABŞ artıq pillə-pillə zirvəni tərk edəcək. Bu çox zaman kəsiyi aparmayacaq…

Yeni dönəmdə Çin aparıcı fiqur rolunu alır. Çinin tarixi ipək yolunun bərpası adı ilə “Böyük ipək yolu-Bir kəmər bir yol” layihəsi əsas planlardandır. Bu layihə deyə bilərəm ki, ABŞ rəqabətinə görə pik nöqtədə dayanır..  Azərbaycanda bu layihənin bir parçasıdır. Axı ipək yolun bir hissəsi də Azərbaycandan keçir. 1998-ci il qəbul olunan Bakı bəyannaməsi ipək yolun inkişafında mühüm rola malik olmuşdu.

Çox qısa zamanda Çin iqtisadi birinciliyi əlinə alacaq.. Şərqi Türkistanın Çin əsarətində olması və Türk dünyasının və bəzi “demokratik” dövlətlərin buna göz yumması göstərir ki, Çinin iqtisadi şaxələri dövlətlərdə dayaq sütunu olub..

Digər mühüm bir güc isə Rusiyadır ki, hal-hazırda sıxışdırılma prosesindədir. Rusiyanı çökdürmək planı qərbin və ABŞ’ın əsas planlarına daxildi. Yavaş-yavaş özünü büruzə verir. Postsovet dövlətləri son zamanlar Avropaya meyil edərək Rusiyanın siyasətini pisləyiblər. Rusiya 2-ci Qarabağ müharibəsində istədiyinə nail olsa da bu qıcıqlandırma prosesini daha da gücləndirdi. Yaxşı bilinir ki, hərbi yolla Rusiyanı zəiflətmək çətin məsələdir. SSRİ-ni parçalayarkən də hərbi yoldan istifadə etmədilər..
Rusiya bunu yaxşı anlayır və onun üçün Yaxın Şərqdə Türkiyə ilə İttifaqa çalışır. Rusiya ilə Çin əlaqələri stabildi. Amma Rusiya dönəmi də çox müddət çəkməyəcək. Sxemə baxsaq ilk ABŞ sonra Rusiya piramidadan pillə-pillə düşəcəklər.

İsrail sionizmi son 2 əsrdi ki, dünyanı idarə edən güc kimi tanınır. Lakin İranla olan konflikti getdikcə dərinləşir.. Amma İsrail sxemdə ən axırlardadır. Hələ öz ayaqları üzərində irəliləyəcək..

Güclər sırasında İran teokratiyası da mühüm yer tutur.  İran da Rusiya kimi  gərgin dönəm keçir..
Azərbaycanın tarixi torpaqlarını bərpa etməsi İranda təşvişə səbəb oldu. Səbəbi bəllidir,  Azərbaycanın torpaqlarının bir hissəsi də İranın işğalındadır.
İranın daxilində müxtəlif etnik qruplar var ki, bunlar patlamağa hazır olan bomba kimidir. Cənubi Azərbaycanlılar, Bəluc kimi qruplar aktiv iştirakçılardandır.. İrana İngiltərənin də dəstəyi az olmayıb..Sxemdə İran da başda dayananlardandır. Piramidadan pillə-pillə düşəcək..

Bunlar Piramidadan pillə-pillə düşərkən Türkiyə pillə-pillə qalxacaq. 21-ci əsrdə Türkiyə supergüclərdən olub. Vaxtıkən 3 qitəni əhatə edən Osmanlının davamçısı olan Türkiyə artıq Qafqazda, Balkanlarda, Orta Şərqdə aparıcı aktordur. 2022/23/24’də Türkiyənin sxemdə qalxan xətt üzrə inkişaf edəcəyini hesab edirəm….

Siyasi ekspert Elman Vəliyev

Analoq.az 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button