Siyasət

Nune Manukyan: “Qarabağda kinofestival keçiriləcək

“Tanınmış şərtlər üzündən bu il festival onlayn keçirilir, lakin başa çatdıqdan sonra ən yaxşı filmlərin nümayişi ilə “Artsax”ı (Qarabağı-red) ziyarət etməyi planlaşdırırıq. Mütləq ora gedəcəyik, uşaqlarla birbaşa əlaqə qurmaq üçün əlimizdən gələni edəcəyik. On illərdir “Artsax” uşaqları ilə bu cür birbaşa görüşlərimiz olub və bu il də belə olacaq”.

Analoq.az xəbər verir ki, bu barədə Ermənistanın “Rolan Bıkov” Fondunun prezidenti Nune Manukyan məlumat verib.

Məlumatda daha sonra deyilir: “XVI Beynəlxalq Uşaq və Gənclər Kinosu “Roland” Film Festivalı yanvarın 11-də onlayn başlayacaq və 20 yanvaradək davam edəcək. Festivalda onlayn film premyeraları, xüsusi nümayişlər, veb seminarlar, sərgi və yarışmalar keçiriləcəkdir. 29 ölkədən 180 film üçün müraciət gəlib. Onlardan 15 ölkədən 62 film festival proqramına daxil edilib. Onlardan 46-sı isə nümayiş olunacaq”.konkret.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button