Qarabağ

“Onun Şəhid olacağına heç vaxt inanmırdıq…”

Rəşidov Ziyəddin Arzu oğlu 28.08.1997-ci ildə Bakıda anadan olub.

Şəhidimizin bacısı: “Evimizin ərköyünü, balacası olub. Gülüş səbəbimiz idi…2003-cü ildə Xırdalanda 1 saylı tam orda məktəbin 1-ci sinfinə daxil olub. 9 il təhsilini həmin məktəbdə alıb. Demərəm ki, Ziyəddin əlaçı olub. Xeyr. Amma tərbiyəsi yerində bir uşaq olub. Futbol oynamağı sevirdi. Boksa gedirdi məktəb vaxtı. Çox çılğın uşaq olub. Az yaşlarından belə zəhmətkeş olub, işləyib. 9-cu sinifdən peşə məktəbində təhsilini davam etdirib. Oranı oxuyub bitirdikdən sonra isə əsgər gedib. Aprel döyüşlərində fəal iştirak edib. Qayıtdıqdan sonra işləməyə başlayıb.

Biz onun 23 yaşını bu il qeyd etdik. O qədər zəhmətkeş uşaq idi ki, biz ona bu 23 ildə 1 dəfə ad günü elədik…Onun adına tort hazırlandı, onun adına qonaqlıq təşkil etdik. Öz istəyi ilə sentyabr ayında könüllü yazıldı. 21.09.2020-ci ildə təlimlərdə iştirak etdi. 27.09.2020-ci ildə isə döyüş başlayan ilk günlərdə fəal iştirakı ilə seçilmişdi. Fəallığına görə III dərəcəli döş nişanı ilə təltif olundu. 09.10.2020-ci il Şəhidlik zirvəsinə ucaldı. Uzun müddət ondan heç bir xəbər ala bilmirdik. Onun Şəhid olacağına heç vaxt inanmırdıq.

30.10.2020-ci ildə yolunu həsrətlə gözlədiyimiz qardaşım Ziyəddinin Bayrağa bükülmüş tabutunu gətirirlər…”

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button