Siyasət

11 yanvar görüşündə bu məsələlər müzakirə olunacaq

11 yanvar tarixində Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılacaq. Görüş Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilir. Görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq.

Görüşdə bu məsələlər müzakirə olunacaq:

9 noyabr 2020-ci il tarixli bəyanatının həyata keçirilməsinin gedişatının müzakirəsi;

regionda mövcud problemlərin həlli ilə bağlı gələcək addımları müzakirəsi;

hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş rayonların sakinlərinə yardım göstərilməsi;

ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin açılması və inkişaf etdirilməsi.

Bundan başqa Vladimir Putinin İlham Əliyevlə və Nikol Paşinyanla ayrı-ayrı söhbətləri də nəzərdə tutulub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button