Şou

“Heç məni yada salmadılar “-TACİR ŞAHMALIOĞLU

Bayatı-Şiraz improvizəsi milyonların qəlbinə girir, indiyədək də bunu sevə-sevə dinləyirlər. Adım qızıl fonddadı, amma ad layıqıncə verilməyib”.

Bu sözləri müğənni Tacir Şahmalıoğlu öz “İnstagram” hesabında paylaşdığı videoda deyib:

“Bu yaxınlarda baxdım ki, Şuşadan veriliş verirlər. Şuşaya həsrət qalan musiqiçilər, xanəndələr qaldı kənarda, təmamən başqa müğənniləri aparıb konsert verdilər. Bu məni ağrıtdı. İstəyərdim ki, Qarabağda o qayanın üzərində oxuduğum Bayatı-Şirazı gedib yenidən oxuyum, o konsertdə iştirak edim. Heç məni yada salmadılar “.

Qeyd edək ki, bir müddət öncə Qarabağın döyünən ürəyi olan Şuşa şəhərində Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə son 30 ilin ilk konserti keçirilib.

Şanlı ordumuzun əsgərləri qarşısında Azərbaycanın Xalq artisti Tünzalə Ağayeva, Ənvər Sadıxov, Əməkdar artist Abbas Bağırov, xanəndə Almaz Orucova, müğənnilər Azad Şabanov və Cavid çıxış ediblər. Konsertin aparıcısı “Parni iz Baku” teatrının rəhbəri Tahir İmanov olub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button