Siyasət

Ermənistan Moskvadakı görüşdən bir şeyi gözləyirdi, amma… – Marukyan

Ermənistan Moskvadakı görüşdən bir şeyi gözləyirdi, amma… – Marukyan
Ötən gün Moskvada yalnız Azərbaycan gündəliyi müzakirə edildi.Analoq.az xəbər verir ki, bunu Maariflənmiş Ermənistan Partiyasının sədri Edmon Marukyan qeyd edib.

Onun sözlərinə görə, erməni ictimaiyyəti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündən bir şeyi – məhbusların geri qaytarılması ilə bağlı məsələnin erkən həllini gözləyirdi: “Moskvadakı görüşdə qəbul edilən sənədin yayımlanmasından sonra bütün mümkün hökumətyönlü kanallar yeni razılaşmaya uyğun olaraq, Ermənistanı İran və Rusiya ilə birləşdirəcək dəmir yolunun açılacağını məmnuniyyətlə elan etdilər. Bu arada, erməni xalqı görüşdən bir şey gözləyirdi – hərbi əsirlərin qısa müddətdə geri qaytarılmasına dair razılaşmalar. Lakin bu, baş vermədi”.

Marukyan bildirib ki, müzakirə yalnız Azərbaycan gündəmi ətrafında baş tutub.

Qeyd edək ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli danışıqlar aparıldı, bunun ardınca quru və dəmir yolu əlaqələrinin blokdan çıxarılmasına dair birgə bəyanat qəbul edildi.publika.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button