Siyasət

SSRİ-nin ilk və son prezidenti Qorbaçovun nəvələri onu görməyə gəlmir

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovu artıq doğmaları ziyarət etmirlər.Analoq.az xəbər verir ki, bu barədə Vitali Manskovun “Qorbaçov. Cənnət” filmində bildirilib.

Qorbaçov hazırda dövlətin ömürlük verdiyi xidməti evində tək yaşayır. Yüksək hasarlı və ciddi mühafizə olunan evdə onun ən yaxın adamı hazırda köməkçisidir.

Bir müddət əvvəl treleri yayılan filmdə Qorbaçov etiraf edib ki, nəvələri onu görməyə gəlmir. Eyni zamanda, özü də normal gəzə bilmir – kreslodan zorla qalxır və yardımla yeriyir. İkinci mərtəbəyə qalxmaq üçün liftdən istifadə edir.

Qorbaçovun qızı və iki nəvəsi Almaniyada yaşayır və Rusiyaya gəlmirlər, o özü isə harasa getmək imkanında deyil.

Qeyd edək ki, M.Qorbaçov 20 Yanvar faciəsinin əsas günahkarlarından biri kimi xatırlanır. Həmçinin Qarabağ münaqişəsinin başlaması və ermənilərə loyallığı səbəbindən 30 ildir davam edən qanlı münaqişənin əsasını qoyan kimi Azərbaycan xalqının lənətini qazanıb.Axar.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button