Ölkə

General Hikmət Abbasovun “yeni bazarı” – Kəmaləddin Heydərovun xəbəri varmı?

“Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) rəisi Hikmət Abbasov bu vəzifəyə təyin olduğunu gündən, Bakı şəhərində istismara hazır olan obyektlərin, yeni tikilən yaşayış binalarının, bina və qurğuların layihə sənədlərinin yanğın təhlükəsizliyi ekpertiza aktının verilməsinə süni maneələr yaradır.

Daxil olan şikayət məktubunda Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) rəisi Hikmət Abbasov haqqında belə yazılır:

“Belə ki bundan əvvəlki rəhbərliyin olduğu müddətdə bina və qurğulara obyektiv şəkildə qəbul olunduğu halda, indi səbəbi bilinməyən problemlər axtarılır, bu da haqlı olaraq yeni binalardan ev və obyekt sahibi olan vəndaşların bina sahibləri ilə mübahisə və narazılıqlarına səbəb olur. ”

Redaksiyamıza daxil olan məktubda qeyd olunur ki, FHN-də və heç bir əlavə normativ qayda qəbul olunmadığı halda korrupsiyaya yol açan bu əməllər əlbəttə ki, cənab nazir Kəmalləddin Heydərovun, Möhtərəm Cənab Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirdiyi müsbət reformaları kölgədə qoyur, dövlətə və FHN-nə etimadı sarsıdır:

“Abbasovun tikinti şirkətlərinə reketsayağı davranışı kriminal avtoritetlərin söhbət masasındakı son nöqtə “Racon”una bənzəyir desək, tam yerinə düşər. Bu cənabın iştahası o qədər kəskindir ki, ağlına gələn fantastik rəqəm tələb etməkdən belə çəkinmir! Bu da ki əlbəttə bu işləri icra edən şirkətlərin hərraca bağlayıb müflisləşdirilməsinə gəlib çixardir.”

Daxil olan şikayət məktubunda daha bir ciddi məqam var:

“Hörmətli redaksiya, diqqətinizə çatdırıram ki, yeni tikililərdə yanğından mühafizə işlərini icra edən şirkətlərdən minlərlə insan çalışır. Bu müharibə şəraitində əldə edilmiş zəfərə kölgə salır və möhtərəm Prezidentə 5-ci kalonun oynuna bənzər bir oyunla etimadsızlıq yaratmaq ideyasıdır, yoxsa bir aya rüşvət yolu ilə milyarder siyahısına girmək ehtirası!? Biz bilirik ki, bu özbaşınalıqdan general-pokovnik Cənab Kəmaləddin Heydərovun xəbəri yoxdur.” (Miq.az)

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button