Ölkə

Millət vəkili əsgər ailəsini ziyarət etdi

Milli Cəbhə Partiyasının sədri , millət vəkili Razi Nurullayev əsgər Rəcəb İsmayılovun ailəsin ziyarət edib.Analoq.az xəbər verir ki, bu barədə sosial şəbəkədə millət vəkilinin özü məlumat paylaşıb.

İsmayılov Rəcəb Nəcəf oğlu. Şəkildə atası Nəcəf kişidir. Kişi kimi kişi, adam kimi adamdır. Vallah, ürəyimə girdi, elə bildim öz atam, qardaşımdır.

2000-ci ildə İmişli rayonu, Əliqulular kəndində doğulub. Axırıncı döyüş yeri Qubadlı olub. İmişlidə itkin düşən iki nəfərdən biridir. Atası o qədər mərd danışdı ki. Narazılığı da var. Haqqı da var. Dövlətin etdiyi cəhdlərdən çox razıdır, amma gərək aidiyyatı hərbi birləşmələr də bu cür ürəyiyaralı ata və anaların kiçik də olsa ümid tələb etdiyi işığa kölgə salmasınlar. Yəni deyir ki, filankəslə görüşüm, qardaşım görüşün də, təsəlli verin. Generalı görmək istəyir, görsün də. Bizim üçün zərrə qədər görünən ümid onların gözündə dağ boydadır. Həqiqəyləri bilsək belə, üzərində hökmümüz olmasa belə o yaralı ürəklərə məlhəm qoyaq. Bacardığımız qədər.

İmişli şəhərinin o biri itkin əsgəri Cavidan Məmmədli Valeh oğludur. Onun da anasını ziyarət etdim. Çox mərd qadındır. Deyir ki, gözüm yoldan yığılsın. Şəhid snalarından artıq deyiləm. Amma, Allahın möcüzəsinə də inanırıq və inanır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button