Siyasət

Moskva görüşü nəyə nail oldu?.

Mənim bu görüş barədə əlavə bir gözləntim var idi: Qazaxın kəndləri.

Bu görüşdə imzalanan ortaq bəyanatda dəmir yolu, avtomobil komminukasiyaların bərpası və bu bərpani həyata keçirmək üçün İşçi qrupunun yaradılması əsas prioritet idi. Bu görüş iqtisadi əlaqələrin bərpasi üçün bir görüş idi.

Görüşdən sonra liderlerin mətbuata açıqlamasında Paşinyan statusun gələcək danışıqlarda əsas mövzü olmasi ucun “Dağlığ Qarabağın status məsələsi hələ müəyyənləşdirilməyib” dedi. Bəyanatda da göründüyü kimi status müzakirə mövzusu olmayib. Bu görüşdə status muzakirə olunmasa da, Putin atəşkəsdən sonra ilk dəfə status barədə “Dağlığ Qarabağin status məsələsi gələcəyə buraxılıb” deməklə Erməniləri arxayın etdi. Onu da qeyd edim ki, Paşinyan ” Qarabağ münaqişəsi hələ həll olunmayıb” deməklə status məsələsini möhkəmləndirmək istəyir.

Eyni zamanda Paşinyan “Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində gələcək nizamlamanı müzakirə etməyə hazırdır” deməsi ilə görünür ki, ATƏT Minsk qrupunun Qarabağda iştirakcılığını təmin etmək istəyir, Xüsusilə də Fransanın. Mən belə düşunurəm ki, Paşinyan bunu deməklə Fransanin könlün almaq istəyir. İndi bele bir fikir yaranir ki, Paşinyan yalniz Fransanin adin çəkə bilərdi. Xeyr. Çünki bilirdi ki, Azərbaycan hec zaman razi olmaz. Çünki Fransa senatı Dağlıq Qarabağın “müstəqilliy”inin taninması barədə qətnamə qəbul edib, hətta, müharibə dövründə Makronun bəyanatları və sair. Paşinyan bunlari düşünərək Fransanın iştirakcılığıni təmin etmək üçün adin yalnız cəkməyib, Minsk qrupu çərçivəsində çəkib. Təbii ki, burada ABŞ-ın da olmağin istəyir. Bir də görünür ki, Putin Minsk qrupunun iştirakini müsbət hesab edir. Ona görə də Paşinyan Minsk qrupunun adın rahat çəkir. Yadinizdadirsa, görüşdən əvvəl Makron Putinə zəng vuraraq Qarabaği müzakirə ediblər. Görünür, Makron nə üçün Putinə zəng edib.

Mən Ermənistanın Azərbaycan ərazisindən İranla dəmir yolu xətti alması istisna olaraq bəyanatdan razı qaldım. Təbii ki, heç birimiz istəməzdik ki, Ermənistan Azərbaycan ərazisindən Rusiya və İranla birbaşa dəmir yolu rabitəsi alsın. Ermənistan Azərbaycandan üzərindən Rusiya ilə dəmir yolu xətti aldı, bunu başa düşdük. Bəs İranla dəmir yolu xətti almasi? Qeyd edim ki, Ermənistanın İranla sərhədi var. Lakin dəmir yolu xətti Naxçıvan üzərindən çəkiləcək..

Müəllif: Siyasi fəal gənc Əbülfəz Mamedov

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button