Gündəm

Putin Paşinyana saqqalını qırxdırdı – İLGİNC İDDİA

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva görüşü öncəsi saqqalını qırxması müzakirələrə səbəb olub.

Analoq.az xəbər verir ki, “Deja Vu” teleqram kanalı Paşinyanın saqqalını hansı səbəbdən qırxması ilə bağlı ilginc iddialarla çıxış edib.

“Moskvada yanvarın 11-də keçirilməsi planlaşdırılan görüşdən 1 həftə əvvəl Kremldən İrəvana tibb işçiləri gəlib. Həkimlər görüşdən öncə Paşinyanı müayinə ediblər. Yoxlamalar Rusiyada gətirilmiş avadanlıqlar vasitəsi ilə həyata keçirilib. Görüşün keçirilməsi barədə hər hansı rəsmi açıqlamanın verilməməsinin səbəbi də elə müayinənin nəticələrinin gözlənilməsi ilə bağlı olub. Müayinənin cavabları açıqlandıqdan sonra görüşün keçiriləcəyi ilə bağlı rəsmi açıqlama verildi”.

İddialara görə, Paşinyan saqqalını görüş öncəsi Moskvadan İrəvana onu müayinə etmək üçün səfər edən həkimlərin istəyi ilə qırxıb: “Müayinələr başa çatdıqdan sonra rus həkimlər Paşinyanla bağlı başqa bir şərt irəli sürüblər. Həkimlər açıq şəkildə deyiblər ki, saqqalda müxtəlif mikrobların və infeksiyaların olması ehtimalları var. Ona görə də Paşinyanın görüşdən əvvəl lazımi şəkildə dezinfeksiya edilməsi və saqqalını qırxması istənilib. İrəvana gələn həkimlər Moskvadakı həmkarları ilə uzun məsləhətləşmələrdən sonra Paşinyanın saqqalını tam qırxmaması, sadəcə azaltması barədə qərar qəbul edilib. Paşinyan markaya çevrilən saqqalını Moskvaya səfərə gedəcəyi üçün bu qədər qısa kəsib”.

Qeyd edək ki, Paşinyan görüşə lazım olmadığı halda çanta ilə gəldiyi, iclas zamanı üz mimikalarını qəribə şəkillərə saldığı, birgə mətbuat konfransında “status” və əsirlərlə bağlı heç bir müsbət nəticənin əldə olunmaması barədə verdiyi açıqlamalarla verməsi sosial şəbəkələrin Azərbaycan və Ermənistan seqmentində istifadəçilər tərəfindən gülüş hədəfinə çevrilib.missiya.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button