CəmiyyətSağlamlıq

Koronavirus nə zaman bitəcək? – Alimdən VACİB AÇIQLAMA

Vaksinasiya koronavirus pandemiyası ilə mübarizə strategiyasına aid əsas məsələlərdəndir. Pandemiyanın aradan qaldırılması üçün 70 faiz insanın immunitet qazanması vacibdir.

Analoq.az xəbər verir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

O bildirib ki, bu gün virusla mübarizə çərçivəsində əhalinin artıq neçə faizinin immunitet qazanmasını müəyyənləşdirməyin üsullarından biri də seroloji testlərdir:

“Əgər əhalinin yuxarıda qeyd olunan böyük hissəsinin immunitet qazandığı məlum olarsa, bu artıq pandemiyanın tam aradan qaldırılması üçün yeni imkanlar yaradacaq”.

N.Abdullayev bildirib ki, insanlar peyvənd olunduqdan sonra da özlərini qorumalıdırlar:

“Cəmiyyətin vaksinasiyanın tətbiqinə başlanacağı günü səbirsizliklə gözlədiyi başa düşüləndir. Amma vaksinasiyanın tətbiqi virusun kökündən məhv edilməsi anlamına gəlməməlidir və buna görə də insanlar hətta peyvənd olunduqdan sonra da tətbiq edilən qayda və qanunlara riayət etməyi özlərinə borc bilməlidirlər”. (Metbuat.az)

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button