Sağlamlıq

Peyvənd vurdurmaq istəməyənlərə cəza və ya cərimə? – AÇIQLAMA

Xəbər verildiyi kimi, yaxın zamanda Azərbaycanda koronavirusa qarşı peyvəndləmə prosesinə start veriləcək.

İlk növbədə tibb işçiləri və yaşı 65-dən yuxarı olanların peyvəndlənməsi nəzərdə tutulur. Proses mərhələli qaydada aparılacaq və ilkin hesablamalara görə 1 il davam edəcək.

Peyvənd könüllülük prinsipi əsasında və pulsuz vurulacaq.

Maraqlıdır, peyvənddən imtinaya görə hansısa cəza nəzərdə tutulurmu?Cebhe.info xəbər verir ki, TƏBİB-dən bu suala cavab olaraq “Vaksinasiya könüllülük prinsipinə əsaslandığı üçün hər hansı inzibati tədbirin həyata keçirilməsi nəzərdə tutulmayıb”,- deyə bildirilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button