CəmiyyətÖlkə

Baş Redaktor Baş Prokurorluqdan xahiş edir…

Baş Prokurorluqdan xahiş edirəm KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət əməllərinin müxtəlif çalarlarını əks etdirən yazı müsabiqəsi elan etsin, həmin yazılara Vüqar Səfərlidən fərqli olaraq sanballı hüquqşünaslar tərəfindən obyektiv qiymət verilsin və Vüqar Səfərlidən müsadirə olunacaq pul vəsaitlərindən rəsmi qaydada müsabiqə üçün ayrılıb sənədləşdirilsin. Bu vacib addım həm əsil söz sahiblərinin sosial durumlarının qismən də olsa yaxşılaşmasına xidmət edər, həm də Vüqar Səfərli tərəfindən hüquqları cinayətkarcasına pozulan çoxsaylı jurnalistlər əllərində olan bütün tutarlı faktları yazıda təqdim etməklə istintaqın daha geniş məlumatlara malik olmasına zəmin yaradarlar. Vüqar Səfərlinin cinayət əməllərini əhatə edən mövzuları təqribən bu məzmunlarda təqdim edirəm:

1) Vüqar Səfərli super korrupsioner məmur statusunu necə qazandı?

2) Vüqar Səfərli jurnalistər üçün tikilən yaşayış bunalarında mənzilləri hansı kriteriyalarla payladı?

3) Jurnalistlər üçün tikilən 2-ci yaşayış binasında mənzillərin bölüşdürülməsi prosesi zamanı Azərbaycan Mətbuat Şurasının təqdimatları niyə nəzərə alınmadı?

4) KİVDF-nin elan etdiyi yazı müsabiqələrində 1-ci yerlər kimlərə, hansı mətbu urqanların təmsilçilərinə verilirdi və hansı tələblər müqabilində?

5) KİVDF-nin keçmiş. icraçı direktoru Vüqar Səfərlinin təqdimatı ilə hansı bəsit qəzetlərin və saytların təmsilçilərinə fəxri adlar, medallar paylanırdı?

6) Azərbaycan dövlətinə və Azərbaycan jurnalistikasına külli miqdarda maddı və mənəvi zərbə vuran Vüqar Səfərli kimin himayəsi altında haqqa-ədalətə meydan oxuyurdu?

7) Vüqar Səfərliyə veriləcək hansı cəza ədalətli sayıla bilər? Onun məhkəmə prosesinin məhkəmə zalında deyil,Jurnalist MMC-nin iclas zalında, jurnalist kollektivlərinin iştirakı ilə keçirilməsi bütün korrupsioner ünsürlərə sanballı sillə ola bilərmi? Mövzuları kifayət qədər artırmaq da olar, çünki, bu dələduzun dələduzluq fəaliyyətinin dərinliyi artezian quyusundan betərdir. Təpədən dırnağa qədər “Bataqlıq kralı”dır o! (“KOBRAMEDİA.AZ”)

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button