Sağlamlıq

“Vaksindən sonra müəyyən insanlar xəstələnə bilər” – Oqtay Şirəliyev

“Mütəxəssislər qərara gəlib ki, Azərbaycan üçün ən yaxşı vaksin “Sinovac” şirkətinin vaksinidir”.Bizim.Media-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir bildirib ki, bəzi ölkələrdə ilin sonuna, bəlkə də gələn ilə vaksinasiya planlaşdırılır:

“Bir neçə ölkələrdə kliniki sınaqlardan keçib. Heç bir yerdə fəsadı olmayıb. Həmçinin kifayət qədər effektlidir. Vacibdir ki, hər vaksindən sonra müəyyən insanlar xəstələnə bilər, amma onlar da xəstəliyi yüngül keçirirlər”.

”Bunlar nəzərə alınaraq, seçim olundu. Bu gündən vaksinasiya başlayır. Jurnalistləri də vaksinasiyaya qoşulmağa dəvət edirik”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button