Ölkə

Fələstinin vitse-spikeri Bakıda beynəlxalq ictimaiyyətə çağırış edib

“Biz xalqları Fələstin dövlətinin qurulmasına çağırırıq. Fəfəstin xalqının problemi xalqların hüququna hörmət, ədalət prinsipləri əsas götürülməklə həll olunmalıdır”. Bunu Fələstin parlamentinin vitse-spikeri Ali Faysal Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zaman deyib.

Onun sözlərinə görə, İsrail Fələstinin tarixini silməyə çalışır: “Biz bu münaqişədə öz kimliyimizi qorumağa çalışırıq. Bu müqavimətə hər cür siyasi dəstək vermək lazımdır. Fələstinin problemi bütün dəstəyə layiqdir. Tarixi zülmdən xilas olmaq üçün xalqımız səsini qaldırır. Dünya birliyi öz məsuliyyətini dərk etməlidir. Mən sizi siyasi və mənəvi dəstəyinizi əsirgəməməyə çağırıram”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button