Şou

Mətanət İsgəndərlinin gəlini boşanandan sonra qızının adını dəyişdi

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canan boşandıqdan sonra qızının adını dəyişdirib.“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat yayıb. Canan qızına qoyulan Mətanət adını Elayla əvəzləyib.

“Hər bir ad insan həyatında önəm daşıyır, gərək adı qoyanda çox düşünəsən. Kiminsə könlünü xoş etmək üçün yox… Elay adının çox gözəl mənası var, ay kimi gözəl, cəfakeş və qayğıkeş olmaq deməkdir. Ümid edirəm ki, qızım bu adının mənasını əməllərində göstərə biləcək”,- deyə o bildirib.

Daha sonra “Yeni ad nəyi dəyişdirdi?” sualına cavabında belə deyib: “Çox şey dəyişdi. Qızıma söylədim ki, sənin ananı hörmətsiz sözlərlə tənqid edən insanın adını evimdə eşitməkdən azad oldum. Uşağımda olan aqressivliyi yoxa çıxartdım, mədəni xanım olmasına yol açdım”.

Qeyd edək ki, Əməkdar artistin oğlu Kərimlə xanımı Canan ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button