QarabağRegion

Qorxulan oldu: Dağlıq Qarabağ erməniləri yeni savaşa START VERDİLƏR…..

Rus “sülhməramlı”larının himayəsi altında erməni terrorçuları diversiya müharibəsinə start verdilər. 

Bu gün Hadrut istiqamətində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüd, çavuş Qəmbərov Elmir Rayil oğlu erməni diversantların hücumu nəticəsində şəhid olub.

Analoq.az Ovqat.com-a istinadən məlumat verir ki, “DQR” Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan bu gün qondarma qurumun İctimai Televiziyasına verdiyi müsahibədə yeni müharibə taktikasının anonsunu vermişdi.

O, bildirmişdi ki, hərbi əməliyyatlar zamanı qələbələr də ola bilər, məğlubiyyətlər də: “Amma biz məğlub olmamışıq, diz çökməmişik. İndi Azərbaycan hansı vəziyyətdədir; mötərizə açmaq istəmirəm və hansı vəziyyətdə olacağını görəcəyik”.

Balasanyan həmçinin Qarabağ ermənilərini əmin etməyə çalışmışdı ki, itirilən torpaqlarımızı tezliklə geri qaytaracaqlar.

Rəsmi Bakı rus “sülhməramlı”larını ya vəzifə borclarını adam kimi yerinə yetirməyə çağırmalı, ya da onların Dağlıq Qarabağdan çıxarılmasının yollarını tapmalıdır. İlk növbədə isə rus “sülhməramlı”larının əslində işğal ordusu olduğunu açıq şəkildə dünyaya bəyan etməlidir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button