Region

“Açıq mikrofon” aksiyası Şəmkir rayonunda təşkil olunacaq

Aksiyada tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərini maraqlandıran suallar cavablandırılacaq

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Şəmkir rayonunda təşkil olunacaq. “Azəriqaz” İB-nin, Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin rəhbər şəxsləri rayonun Əliyaqublu kəndində baş tutacaq aksiyada tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərini maraqlandıran sualları cavablandıracaqlar. Əliyaqublu kəndində (Bələdiyyə binasının qarşısında) “Səyyar qəbul otağı” oktyabrın 8-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button