ÖlkəRegion

“Azərbaycan 20 Yanvar faciəsini Rusiya ilə əlaqələndirmir” – Polad Bülbüloğlu

“Faciə dəhşətlidir, çünki biz bir ölkənin vətəndaşları idik. Bunun Sovet dövründə olduğunu xüsusi vurğulamaq istəyirəm. Müasir Azərbaycan bu dəhşətli günü heç vaxt demokratik Rusiya ilə əlaqələndirmir. Qanlı faciə tariximizə qara ləkə kimi düşdü. Lakin müdrik Azərbaycan xalqı bu çətin dönəmi adlamağı bacarıb”.

Analoq.az Azsiyasət.com-a istinadla xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

“Bu gün onunla sakitlik tapırıq ki, keçən il Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibə nəticəsində qələbə qazandı və Qarabağ torpaqlarını işğaldan azad etdi. O, bununla 20 Yanvarda azadlıq, Vətənin müstəqilliyi uğrunda şəhid olanların ruhunu şad elədi. Heydər Əliyevin arzularını oğlu İlham Əliyev reallaşdırdı. O, Üzeyir Hacıbəyovu, Natəvanı, Bülbülü Şuşaya qaytardı. O, Qarabağı Azərbaycana qaytardı. Qarabağ Azərbaycan, Şuşa da Azərbaycanın mədəniyyət paytaxtıdır”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button