Cəmiyyət

Razi Nurullayev Uşaq Bərpa Mərkəzində olub – İmişli sakini mərkəzə yerləşdirilib

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Bərpa Mərkəzi olub.

Deputat İmişlinin Gövhərli kəndinin sakini, serebral iflic xəstəsi Mirşahinin mərkəzə yerləşdirilməsinə kömək edib.

Razi Nurullayev Agentliyin sədri Anar Bayramova yaratdığı şəraitə görə təşəkkür edib.

“Mirşahinin müəllimə olan anası da övladı ilə birlikdədir. İlk öncə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramova mərkəzə baş çəkmək və tanış olmaq üçün yaratdığı şəraitə görə təşəkkür edirəm. Mirşahin inanıram ki, xeyli müsbət nəticə ilə evinə dönəcək. Mərkəzdə gördüyüm imkanlar və şərait bunu deməyə əsas verir. Mərkəzin direktoru Nərgiz Əliyeva məni mərkəzlə yaxından tanış etdi və orada yaradılan şəraitə heyran qaldım. Bir aparat gördüm, qiyməti yarım milyon. Demək olar ki, tam müasir avadanlıqlar. Nə qədər körpə balalar sağlamlığına qovuşur”.

MCP sədri mərkəzin rəhbəri Nərgiz xanıma, onları mərkəzlə tanış edən əməkdaşlara və bütün kollektivə də təşəkkürünü bildirib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button