Ölkə

ADİU-NUN SAYTINDA CİDDİ SƏHV-ƏDALƏT MURADOVUN KOMANDASI HARA BAXIR?

Saytın yazdıqlarına görə, iki gün əvvəl dünyasını dəyişmiş tanınmış iqtisadçı alim, prorektor Mirdamət Sadıqov vəfat etdikdən sonra prorektor təyin edilibmiş…

Xəbər verdiyimiz kimi, 2021-ci ilin yanvarın 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin Strateji inkişaf üzrə prorektor, professor Mirdaməd Sadıqov vəfat edib. Mirdamət Sadıqov müəllim sonuncu dəfə İsmayıllı RİH-nin başçısı idi.

Allah rəhmət eləsin!

Qeyd edək ki, elektron axtarış sisteminndə də yazılır ki, prof. Sadıqov Mirdaməd Mirsadıq oğlu -əmək fəaliyyətinə 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) “Maliyyə-Kredit” kafedrasında başlayıb. O, 1971-1972-ci illərdə kafedrada baş referent, 1972-1977-ci illərdə laborant və baş laborant vəzifələrində çalışıb. 1973-1977-ci illərdə həmin kafedranın aspiranturasında təhsil alıb və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi adına layiq görülüb. 1977-1982-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Komsomol Komitəsinin katibi olub. Sonralar “Maliyyə-Kredit” kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsini icra edib. Bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dosenti seçilib. 1988-1992-ci illərdə Bakı Maliyyə-Kredit Texnikumunun direktoru, daha sonra texnikumun Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilməsi ilə əlaqədar 1992-1999-cu illərdə kollecin direktoru vəzifəsində çalışıb.

M.Sadıqov Yeni Azərbaycan Partiyasının üzvüdür.

1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış Heydər Əliyev İqtisadi İdarəetmə Məktəbinin icraçı direktorudur. 1999-2000-ci illərdə Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsini icra edib. 2000-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris işləri üzrə prorektoru olub. 2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub. 2007- 2008-ci illərdə Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində çalışıb. 2008-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olub. 14 fevral 2013-cü ildən 2020-ci il martın 5-dək İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı olub. İqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, həmçinin 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifidir. Avropa Universitetləri Rektorları Klubunun üzvüdür.

***

Nəhayət, gəlirik mətləbə: ADİU-nun rəsmi saytında isə ciddi bir yalnışlığa yol verilib. Belə ki, saytda qeyd olunur:«M.Sadıqov 2020-ci ilin aprelində UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsinə təyin olunub. 19 yanvar 2020-ci ildə vəfat edib».

Belə çıxır ki, mərhum M.Sadıqov dünyasını dəyişəndən sonra prorektor təyin edilib???
İnanırıq ki, «Təzadlar»ın qeydlərindən sonra bu texniki səhv dərhal düzəldiləcək. Çünki sosial şəbəkə istifadəçiləri mərhum iqtisadçı alimlə bağlı internetdə və saytda axtarış verəndə çaşbaş qalacaqlar və bu məlumat gələcəkdə anlaşılmazlıq yaradacaq.
«Təzadlar»

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button