Ölkə

Müdafiə Naziri: “Təhlükəsizlik qaydalarına ciddi riayət olunması daim nəzarətdə saxlanılmalıdır”

‼️”Təhlükəsizlik qaydalarına ciddi riayət olunması daim nəzarətdə saxlanılmalıdır”.

Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə çıxışı zamanı deyib.

O, döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının daim nəzarətdə saxlanılmasını xüsusi vurğulayıb.

Müdafiə naziri qışa hazırlıq prosesinə, xüsusilə də dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinə ciddi nəzarət edilməsi barədə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button