Sağlamlıq

İctimai təşkilat dövlət qulluqçularına məcburi vaksin vurulmasına etiraz edir-NAZİRƏ MÜRACİƏT

“Əl-Ələ” Valideyn Cəmiyyəti İctimai​ Birliyinin sədr muavini Rəhmanov Əhməd Fazil oglu səhiyyə naziri Oqtay Şirəliyevə müraciət ünvanlayıb.Analoq.az həmin müraciəti olduğu kimi təqdim edir:

​Hörmətli canab nazir. Son 1 ildə dunyanı cənginə almış COVİD 19 pandemiyası ilə əlaqədar Azərbaycanda da atılan musbət addımları görməmək mumkun deyil. Lakin bu addımlar bəzən naşı idarəetmə nəticəsində təssuf ki, əks-təsir göstərir.

​Bizim təskilata əlil övladi olan valideynlərdən son vaxtlar vaksinasiya ilə baglı çox həyacanlı müraciətlər daxil olur. Belə ki, səhiyyə sistemində calışan bir xanım muraciətində göstərir ki, “rəsmi dövlət orqanları vaksinasiyanın könüllü olmasını dəfələrlə vurgulasa da, səhiyyə təskilatlarının rəhbərləri işçilərə “yuxarıdan olan əmrə əsasən , vaksinasiya məcburidir” deyə işdən uzaqlaşdırma ilə hədələyirlər.

Bununla bağlı bildirirəm ki, Azərbaycanda Konstitusiya hələ ki, quvvədədir və vətəndasların seçim hüququ oldugu kimi, eləcə də müalicə almaq və ya ondan imtina etmək huququ vardır. Xatirlatmaq istəyirəm ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 12 və 48 ci maddələrinə əsasən isə, işə göturən işçidən tutdugu vəzifəyə uygun saglamlıq haqqında arayis istəyə bilər. Vaksinasiya əmək muqaviləsində əvvəlcədən göstərilməyibsə, bununla baglı əmək muqaviləsinin şərtləri iki tərəfli saziş əsasinda dəyişdirilə bilər.​ Bundan əlavə vaksinlər dövlət tərəfindən alınıb və pulsuz vurulmasına baxmayaraq, vaksinasiya olunan hər bir vətəndas bu xidmətin istehlakçısı sayıldığından ”Azərbaycan Respublikası İstehlakçıların huquqlarının müdafiəsi haqqında qanun bu insanlara şamil olunur. Göstərilən qanunun isə 3-ci maddəsində göstərilir:

Maddə​ 3. İstehlakçıların hüquqları

​ Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:

malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;

istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;

malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;

​malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə;

​ ​
​ ​ ​ ​ ​ Maddə​ 5.​ İstehlakçının malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına hüququ

1.​ ​ ​ İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.

2.​ ​ ​ İstehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir.

Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir.

​ ​Bu gun Azərbaycanda tədbiq olunan Sinovac Biotech sirkətinin istehsalı olan vaksinlər isə Braziliyanin Milli Saglamliq Akademiyasının Butantana İnsitutunun apardigi arasdirmaya görə klinik tədqiqatlarin 3-cu etapını hələ keçməyib. Satışa çıxarılmasına baxmayaraq effektliyi 50-60% dan cox deyil.

Alternativ təklif etmədən belə bir preparatın xalqımızın ziyaliları sayılan həkim və müəllimlər üzərində tətbiqi, daha dogrusu, bu insanları tədqiqat obyektinə çevirmək yolverilməzdir.

Bu səbəbdən də valideynlərimiz adından Sizdən xahis edirəm.

1. Səhiyyə işcilərinə vaksinasiya məcburudursa, bu barədə rəsmi qanun və ya sərəncamın surətini, eləcə də;
2. Preparatin keyfiyyət sertifikatı,
Istehsalçı haqqında məlumat,
3. Preparat istehsalçısının vaksin istehsalı üçün verilen lisenziyaları,
4. Sirkətin icazə və akvkretasiya sənədləri,
İstehsalci şirkətin qüvvədə olan lisenziyaları,
5. Vaksinin tədqiqatlarının sertifikatları,
6. Preparatin yan təsirləri,
7. Vaksinasiya nəticəsində zərər cəkənlərin sigortalanması haqqında sənəd və verilən kompensasiyanın miqdarı.
9. Vaksinasiya edən səxslərin sənədləri :
-Təhsil
-Attestasiya
-İşə buraxılış
-Tibbi kitabca
-COVİD daşıyıcı olmaması haqqında sertifikat.

10. Səhiyyə nazirliyi və TƏBİB tərəfindən təsdiqlənmis zəmanət sənədi ki, vaksinasiya nəticəsində vaksin vurulanın səhhətinə hec bir ziyan olmayacaq.

11. Vaksin vurulanın səhhətinə hər hansı bir zərər olarsa buna cavabheh olan məsul səxsin Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən təyin olunması barədə əmr.

Yuxarıda göstərilən sənədlər səhiyyə ocaqlarında əmrlər​ lövhəsində vurulmasını təmin və eləcə də iinsanları Azərbaycan qanunlarına uyğun alternativ variantlarla təmin edəsiniz.

Hörmətlə- “Əl-ƏLƏ ”Valideyn Cəmiyyətinin sədr muavini

Əhməd Rəhmanov.

Baki. şəhəri. 24 yanvar 2021 il.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button